Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionatında final görüşünə çıxıb.
Hafta.az xəbər verir ki, o, həlledici qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib.
İdmançımıza görüşdə məğlub olaraq gümüş medal qazanıb.
***
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib.
Hafta.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Ciloğluna qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.